Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb

İyulun 4-də İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib. 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib. Qısa zamanda, ölkə Prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30 faiz, 2022-ci ilin ilk yarısında isə 18 faiz artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.

Azərbaycan və İran arasında energe­tika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regi­onal əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib.

Astarada dəmir yolu terminalının tikin­tisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda, Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub.

Münaqişə sonrası mərhələdə azad olun­muş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.

Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı ad­dımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaş­masına hazır olduğunu bildirib.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dəvəti qəbul edib İrana səfər etdiyi üçün nazir Ceyhun Bayramova təşəkkür edib. O, iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

Nazir Hüseyn Əmir-Abdullahian, həmçinin İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respub­likasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icra­sında qərarlı olduğunu ifadə edib.

Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

5 İyul 2022 07:49 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə