Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM-in imtahanları üçün 3030 nəzarətçi-müəllim cəlb edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 137 imtahan binası, 2419 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 137 ümumi imtahan rəhbəri, 401 imtahan rəhbəri, 3030 nəzarətçi–müəllim, 571 buraxılış rejimi əməkdaşı, 137 bina nümayəndəsi cəlb edilib.

Xatırladaq ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

4 İyul 2022 15:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə