Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu tarixdə Qaradağ rayonunun bir hissəsində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, 05.07.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “Xalq qəzeti”nə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

4 İyul 2022 15:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
17 Avqust 2022 | 15:46
Neft qiymətləri bahalaşıb
16 Avqust 2022 | 10:18
ARDNF xəbərdarlıq yayıb

Köhnə versiyamızdan xəbərləri izlə