Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

 “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1301) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddədə hər iki halda “5 306 770 072,0” rəqəmləri “5 606 269 569,0” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci maddə üzrə:

1.2.1. 1-ci hissədə “4 148 202 903,0” rəqəmləri “4 361 702 400,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.1-ci bənddə “1 504 298 579,0” rəqəmləri “1 492 066 100,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 1.2-ci bənddə “205 131 624,0” rəqəmləri “203 463 600,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 1.3-cü bənddə “2 438 772 700,0” rəqəmləri “2 666 172 700,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. 3-cü hissədə “1 145 967 169,0” rəqəmləri “1 231 967 169,0” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü maddə üzrə:

1.3.1. 1-ci hissədə “5 133 000 000,0” rəqəmləri “5 431 199 497,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. aşağıdakı məzmunda 1.1-1-ci və 1.1-2-ci bəndlər əlavə edilsin: 1.1-1.

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) müəyyən edilmiş rüblük maddi yardım xərcləri

220 000 000,0

1.1-2.

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına müəyyən edilmiş aylıq maddi yardım xərcləri

86 000 000,0

 

4 İyul 2022 12:20 - QANUNLAR
QANUNLAR

Köhnə versiyamızdan xəbərləri izlə