Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq tədbirdə çıxış edib

Rusiyanın Sankt-Peterburq şəhərində Onuncu Peterburq Beynəlxalq Hüquq Forumu keçirilib.

Əqli Mülkiyyət Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, Forum çərçivəsində əqli mülkiyyət məkanına aid sessiya təşkil olunub. Moderatoru Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev olan tədbirdə Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov, Rusiya Federasiyasının İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzinin direktoru Mixail Fedotov, Avrasiya İqtisadi İttifaqı Məhkəməsinin hakimi Tatyana Neşatayeva və əqli mülkiyyət sahəsi üzrə dövlət və özəl sektorun nümayəndələri iştirak edib.

Sessiyaya onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Yaradıcılıq müəllifliyin əsası kimi” mövzusunda məruzə ilə çıxış edib.

Geniş təqdimatda müəlliflik yaradıcının fərdiliyinin inikası kimi, müəlliflik əqli və yaradıcı fəaliyyətin prizmasında, müəlliflik və müəlliflik hüququnun obyekti, “yaradıcı xarakter” (yaradıcı iş) meyarı, müəlliflik hüququ və patent hüququnda oxşarlıq və fərqlilik, normativ-hüquqi tənzimləmə mexanizmi və dövlət siyasəti çərçivəsində müəllifin maraqlarının ödənilməsinin incəlikləri, müəlliflik hüququnun əqli mülkiyyət hüquqları ekosistemində yeri məsələləri təhlil edilib və onların müasir dövrün tələbləri səviyyəsində həllərinə dair təkliflər verilib.

K.İmanovun məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlarla qarşılanıb. Q.İvliyev, professor M.Fedotov və digərləri məruzədə qaldırılan məsələlərin əqli mülkiyyət sahəsinə dair hüquq nəzəriyyəsinin tədqiqi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. M.Fedotov Azərbaycan nümayəndəsinin elmi araşdırmalarının davamı olaraq birgə məqalə və daha sonra monoqrafiyanın yazılmasını təklif edib.

Sessiyada, həmçinin M.Fedotovun məruzəsi təqdim edilib, digər çıxışlar olub.

Qeyd edək ki, yubiley - Onuncu Peterburq Beynəlxalq Hüquq Forumu vətəndaşların, biznesin maraqlarına uyğun hüquq məsələləri, hüquq-mühafizə təcrübəsinin təkmilləşdirilməsi, müasir şəraitdə hüquqi mədəniyyətin inkişaf etdirilməsi və sosial-iqtisadi sahənin tənzimlənməsi məqsədilə qanunvericilik təşəbbüslərinin təşviqi üzrə hüquq, biznes, siyasi və hüquq-mühafizə sektorlarının nümayəndələrinin dialoq platformasıdır.

4 İyul 2022 15:04 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə