Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək.

  İdman Araşdırmalar Mərkəzinin, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin, Azərbaycan Voleybol Federasiyası (AVF) və “Avropa Group”la birlikdə təşkil edəcəyi yarışa 8 komanda qatılacaq. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən “Şuşa”, “Ağdam”, “Kəlbəcər”, “Füzuli”, “Zəngilan”, “Xankəndi”, “Xocalı” və “Suqovuşan”dır.

İyulun 5-də saat 12:00-da AVF-in mənzil-qərargahında atılacaq püşk nəticəsində dörddəbir final cütlərinin tərkibi müəyənləşəcək. Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. İyulun 16-da yarımfinal, iyulun 22-də final qarşılaşmaları oynanılacaq.

Turnirin qalibinə kubok, pul mükafatı və diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu pul mükafatı alacaq.

"Xalq qəzeti"

4 İyul 2022 11:42 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə