Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclüləri sırasındadır

 

 Rəcəb Tayyib Ərdoğan:

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetində çıxışı zamanı bildirib ki, son altı ildə keçirilən əməliyyatların uğurları Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil etməyə əsas verir.

Türkiyə Prezidenti deyib: “Biz ordunun məhkəmləndirilməsi və dünyanın ən güclü or­dusuna çevrilməsi istiqamətində addımlarımızı davam etdirəcəyik”.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə ordu­sunun gücü terrorla mübarizə sahəsində, o cümlədən sərhədyanı əməliyyatlarda da özünü göstərir: “Terror təhlükəsi tamamilə aradan qaldırılana qədər terrorizmlə mübarizə davam edəcək”.

EFES hərbi təlimlərində iştirak edən ölkələrin sayının ABŞ da daxil olmaqla 39-a çat­dığını vurğulayan Türkiyə lideri deyib: "Türkiyə və onun xalqı dünyanın istənilən yerində qələbələrə töhfə verməyə hazırdır. Biz bunu Azərbaycanda və Liviyada nümayiş etdirmişik".

NATO-nun Madriddə keçirilən son sam­mitinin nəticələrinə toxunan R.T.Ərdoğan qeyd edib ki, İsveç və Finlandiya öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini gecikdirməyə və ya həyata keçirməməyə çalış­salar, Türkiyə NATO-nun genişlənməsi üzrə ilkin mövqeyinə qayıdacaq: “Buna heç kimin şübhəsi olmasın... NATO-ya dəvət Şimali Atlantika Al­yansı sıralarına qəbul edilmək anlamına gəlmir”.

“Xalq qəzeti”

3 İyul 2022 01:58 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci

Köhnə versiyamızdan xəbərləri izlə