Ən son xəbərlər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hökumətləri meymunçiçəyi xəstəliyinin yayılmasına qarşı mübarizəni gücləndirməyə çağırır.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüge deyib: "Əgər xəstəliyin gedişatını dəyişdirmək və bunun yayılmasını dayandırmaq istəyiriksə, təcili və əlaqələndirilmiş tədbirlər görmək lazımdır".
Hans Klüge qeyd edib ki, meymunçiçəyinə yoluxma hallarının təxminən 90 faizi təşkilatın Avropa regionunun payına düşür.
Qeyd edək ki, insanda meymunçiçəyi xəstəliyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında aşkar olunmuşdur. Sonralar bu xəstəliyə hərdən Mərkəzi və Qərbi Afrika ölkələrində rast gəlinmişdir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə