Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bayraktar Akıncı” lazer tuşlama komplektini uğurla sınaqdan keçirib

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar Akıncı” hücum pi­lotsuz uçuş aparatı (PUA) ilk dəfə olaraq PUA-dan lazer tuşlama komplektinin sınaq atışını həyata keçirib.

“Baykar” şirkətindən bildiriblər ki, “LGK” mərmisi ilə ilk atış uğurla həyata keçirilib və şərti hədəf tam dəqiqliklə vurulub.

Xatırladaq ki, “Bayraktar Akıncı” zərbə PUA-ları ötən ilin avqustunda Türkiyə ordusu­na təhvil verilib.

Türkiyə müdafiə sənayesi taktiki zərbə PUA-larından sonra Türkiyə Silahlı Qüvvələri üçün yeni kəşfiyyat və zərbə funksiyalarına malik “Bayraktar Akıncı” aparatlarını hazırladı.

Maksimum uçuş kütləsi 4500 kq olan “Akıncı” 12200 metr hündürlükdə uça bilir. Qanad açılımı 20 metr, havada üçüş müddəti 24 saatdır. PAU-nın maksimum sürəti 360 km / saat, kreyser sürəti isə 240 km / saatdır.

Uçuş xüsusiyyətləri və ölçüləri baxı­mından “Akıncı” sələfi “Bayraktar TB2”-dən xeyli üstündür. “Akıncı” ölçülərinə görə ABŞ-ın kəşfiyyat və zərbə tipli MQ-9 “Re­aper” ilə müqayisə oluna bilər. Maksimum uçuş kütləsinə görə “Akıncı” PUA-sı ABŞ məhsulunu üstələyir.

“Bayraktar” PUA-ları hazırda 13 ölkəyə - Türkiyə, Azərbaycan, Qətər, Ukrayna, Liviya, Türkmənistan, Mərakeş, Qırğızıstan, Nigeri­ya, Efiyopya, Pakistan, Tacikistan və Pol­şaya ixrac edilir. 14 ölkə – Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Bosniya-Herseqovina, Macarıstan, Latviya, Litva, Alba­niya, El Salvador, Serbiya, Slovakya, Ekvador və Uruguay isə “Bayraktar TB2” PUA-larını əldə etmək üçün Türkiyəyə müraciət ediblər.

“Xalq qəzeti”

3 İyul 2022 01:49 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə