Ən son xəbərlər
Bu gün Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərdən ən fəalıdır. Ölkəmiz bu qurumun fəaliyyətinə xüsusi önəm verir və diqqət yetirir. Bu təşkilatın yaranmasından uzun illər ötməsinə baxmayaraq, belə bir şəbəkənin yenidən dirçəlməsində məhz Azərbaycan çıxış etdi.
Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi.
Deputat dövlətin qarşısında duran mühüm vəzifələrdən danışdı:“Bu istiqamətdə cənab Prezident çox vacib məqamlara toxundu, xəbərdarlıqlar etdi və Azərbaycanın həyata keçirdiyi siyasətdən bəhs etdi. Bu gün dövlətin qarşısında duran mühüm vəzifələrdən biri qələbənin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyada təbliği və erməni vəhşiliyinin ifşa edilməsidir. Hesab edirəm ki, bu baxımdan sözügedən təşkilat xaricdə siyasətimizin həyata keçirilməsində öz töhfəsini verəcək. Burada ən önəmli məsələlərdən biri də odur ki, Azərbaycan bütün beynəlxalq platformalarda aktiv rola malikdir. Biz qarşımıza bir sıra mühüm vəzifələr qoymuşuq və ən önəmlisi Azərbaycan reallığının dünyada tanıdılmasıdır. Bizim həqiqətlərimizin işıq üzü görməsidir. Ermənistan bunu qətiyyətlə anlamalıdır və öz məğlubiyyətini qəbul etməlidir. Bu gün Azərbaycan istənilən sahədə uğurlara imza atır. Beynəlxalq nüfuzumuz daha da artmaqdadır. Məqsəd bu fəaliyyəti genişləndirmək və dövlətin statusunu möhkəmləndirməkdir”.
Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə