Ən son xəbərlər
Yaponiya
Ən uzaq və ən erkən qalaktika qeydə alınıb
Vaseda Universitetindən (Yaponiya), Tsukuba Universitetindən, London Universitet Kollecindən və Kembric Universitetindən (Böyük Britaniya) beynəlxalq ekspertlər Yerdən ən uzaq qalaktikanı, həmçinin indiyə qədər müşahidə edilən ən erkən qalaktikanı qeydə alıblar. Tədqiqatın nəticələri “Astrophysical Journal Letters”-də dərc olunub.
MACS1149-JD1 qalaktikasını ALMA (“Atacama Large Millimeter Array”) teleskopu ilə onun şüalanmasının “qırmızı yerdəyişməsi” sayəsində aşkar etmək mümkün olub.
İki aylıq araşdırma nəticəsində məlum olub ki, MACS1149-JD1 saniyədə 50 kilometr sürətlə fırlanır və üç min işıq ili diametrinə malikdir.
Xəbəri “lenta.ru” yayıb.
“Mitsui” və “Mitsubishi” şirkətlərinin səhmləri ucuzlaşır
Tokio birjasında “Saxalin-2” layihəsində pay sahibi olan Yaponiyanın “Mitsui” və “Mitsubishi” şirkətlərinin səhmləri Rusiya prezidenti Vladimir Putinin operator şirkətinin əmlakının dövlətə verilməsi haqqında fərmanından sonra çöküb.
“Mitsui” səhmləri iyulun 1-də bir səhm üçün 6,14 faiz ucuzlaşaraq 2810 yen (20,8 dollar), “Mitsubishi” səhmləri isə iyunun 30-u ilə müqayisədə 5,6 faiz ucuzlaşaraq 3811 yenə (28,2 dollar) düşüb.
Xəbəri “lenta.ru” yayıb.
ABŞ
Daz insanların probemi həll olunur
İrvinedəki Kaliforniya Universitetinin tədqiqatçıları saçların böyüməsinə cavab verən və dazlıqdan və ya alopesiyadan əziyyət çəkən insanlarda saç xəttini bərpa etməyə qadir olan siqnal molekulu tapıblar. İşin nəticələri “Developmental Cell” jurnalında dərc edilmişdir.
Tədqiqatın məqsədi dermal papilla hüceyrələrinin saç follikullarının yeni böyüməsini təşviq edən dəqiq mexanizmi müəyyən etmək idi. Məlum olub ki, papilyar hüceyrələr tərəfindən istehsal olunan SCUBE3 siqnal molekulu yeni tük hüceyrələrinin bölünməsinə başlamaq üçün impulsdur.
Bu cür molekulların istehsalı bəzi heyvanlarda və insanlarda effektiv saç artımının açarıdır.
Xəbəri “lenta.ru” yayıb.
Pilotsuz taksilər hərəkəti iflic edib
Pilotsuz kruiz taksiləri San-Fransiskoda bir neçə saatlıq nəqliyyatın hərəkətini iflic ediblər. Bu barədə “TechCrunch” məlumat yayıb.
Problemə diqqət çəkən Reddit istifadəçilərinin dediyinə görə, ondan çox özü idarə olunan avtomobil şəhərdə təcili dayandırılıb. Naməlum problem səbəbindən Qof və Fulton küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti bir neçə saat iflic olub. Operatorun mütəxəssisləri yolun hərəkət hissəsini avtomobillərdən əllə təmizləməli olublar.
Xəbəri TASS yayıb.
İngiltərə
Salah klubun ən çox qazanan futbolçusu oldu
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah klub tarixində ən çox maaş alan futbolçu olub. Məlumatı “The Telegraph” nəşrinə istinadən “sports.ru” bildirir.
Mənbənin məlumatına görə, futbolçu illik 21 milyon avro maaşla 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayıb. 30 yaşlı Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Ümumilikdə o, klub üçün bütün yarışlarda 254 oyuna çıxıb, 156 qol vurub və 63 məhsuldar ötürmə edib.
Xəbəri “sport.ru” yayıb.
Hazırladı: Elçin ABBASOV “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə