Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarix Muzeyində Amerika mütəxəssisləri üçün mühazirə keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz üzrə Amerika Tədqiqat İnstitutunun (CQATİ/ARISC) təqaüdçüləri üçün “Qafqazın mirvarisi Azərbaycan” adlı mühazirə keçirilib.

 Muzeydən verilən məlumata görə, tədbirdə CQATİ-nin Azərbaycan bölməsinin direktoru Leyla Rüstəmli, CQATİ-nin təqaüdçüləri – Sauk Valley Komyuniti Kollecinin professoru Pol Edleman, Denver Metropolitan Dövlət Universitetinin dosenti, Sammer Trentin, Villameyt Universitetinin tələbəsi Soqna Hatçison ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova iştirak ediblər.

Muzeyin elmi katibi Sevinc Nəsirova mövzu ilə bağlı geniş təqdimatla çıxış edərək, dinləyicilərə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Qonaqlar Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini, “Silahların mistik gözəlliyi” və Qarabağ, Şuşa şəhərinin tarixinə dair eksponatların nümayiş olunduğu sərgiləri ziyarət ediblər.

2 İyul 2022 18:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Avqust 2022 | 00:05
Şuşanın bazarları
13 Avqust 2022 | 09:00
Səsin sehri

Köhnə versiyamızdan xəbərləri izlə