Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionlarda qadınların məşğulluq məsələləri ilə bağlı maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə regionlarda qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə savadlılığının və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə tədbirlər keçirilib.

Dövlət Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə bu rayonun Qadın Resurs Mərkəzindən faydalanan qadınlar öz biznesləri barədə məlumat verib, bacarıq və qabiliyyətlərini aztəminatlı evdar qadınlarla bölüşüblər.

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Göygöl rayon xidmət şöbəsi və Göygöl Peşə məktəbinin nümayəndələri, mərkəzin xidmətlərindən bəhrələnən uşaqların valideynləri iştirak ediblər.

Tədbirdə iştirakçılara peşə təhsili müəssisələrinə qəbul qaydaları, əmək bazarında mövcud olan aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzində qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.

2 İyul 2022 17:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə