Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polis Günü Şuşada qeyd olunub

2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib. 
 
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Şuşa Rayonu Polis Şöbəsində baş tutan tədbirdə vaxtı ilə şəhərdə işləmiş veteran polis işçiləri də iştirak edib. 
 
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edib. 
 
M.Abbasov qeyd edib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Bu gün işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirirlər. 
 
Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
2 İyul 2022 14:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə