Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda yanğın təhlükəsizliyinin pozulmasının qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, Oğuz rayonunun Xaçmaz kəndində “Yuxarı bazar yeri” adlanan ərazidə Xaçmaz kənd sakini Xəlilov Adil Gülməmməd oğlu tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının (benzin, ağ neft, sürtgü yağı və s.) qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcud olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi sahəsində çoxsaylı qayda pozuntuları səbəbindən insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdığı üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən göstərilən obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.

2 İyul 2022 14:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə