Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ötən sutka ərzində 7 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

  FHN-dən "Xalq qəzeti"nə verilən məlumata  görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən “Xəzər” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib, yanğın zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Qasımov Söhrab Bəşir oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

2 İyul 2022 15:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
17 Avqust 2022 | 21:00
DSX-nin əsgəri vəfat edib

Köhnə versiyamızdan xəbərləri izlə