Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki il əvvəl oğurluq edən şəxs tutulub

Şirvan şəhəri ərazisində iki il əvvəl avtomobildən xeyli miqdarda pul oğurlayan şəxs tutulub.

DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb. Araşdırma aparılır.

2 İyul 2022 11:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə