Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN Göygöldə 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

2 İyul 2022 10:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə