Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda audiovizual yayım konsepsiyasının hazırlanması Türkiyə şirkətinə həvalə olunub

Azərbaycanda 2023-2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyası hazırlanacaq.


“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən (Teleradio İB) “Xalq qəzeti”nə verilən məlumata görə, bununla bağlı “Teleradio”da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, eləcə də radio-televiziya şirkətlərinin məsul nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Konsepsiyanın hazırlanması Türkiyənin “Arthur D. Little” Konsaltinq Xidmətləri Səhmdar Şirkətinə həvalə olunub. Görüşdə şirkət təmsilçisi təqdimatla çıxış edib.
Konsepsiyanın texniki-iqtisadi cəhətdən səmərəli hazırlanması ilə bağlı toplantı iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb.
Konsepsiyanın hazırlandığı müddətdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.

2 İyul 2022 10:28 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə