Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina və PHS təhlükəsinə dair məlumatlandırma təlimlərinə başlanılıb

Vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşmasında, bu ərazilərə həyatın qaytarılmasında və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü rolunu daşıyan “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağda genişmiqyaslı minatəmizləmə fəaliyyəti, eləcə də paralel şəkildə yenidənqurma işləri davam etdirilir.

ANAMA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, intensiv və uğurlu minatəmizləmə fəaliyyəti sayəsində mümkün olan yenidəndqurma işləri nəticəsində bu yola tam təhlükəsiz çıxan ilk sakinlər isə Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlarımızdır. Burada yerləşəcək sakinlərin təhlükəsiz və sağlam şəraitdə məskunlaşması məqsədilə işğaldan azad edilmiş ərazilərdə mövcud mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirilməsi əsas prioritetlərdən biridir.

Məhz bu məqsədlə, 2022-ci il 1 iyul tarixindən etibarən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Zəngilan icmasına mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinə başlanılıb. Məqsəd məskunlaşacaq vətəndaşları Ağalı kəndinin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz hərəkət alqoritmləri ilə tanış etməkdir.

         Təlimlərdə vətəndaşlara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir. Onları nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa çağırır.

Unutmayaq ki, hər bir vətəndaş verilən təlimatlara əsasən məsuliyyətli davranıb həm özünü, həm də ailəsini baş verə biləcək bəxbəxt hadisələrdən qoruyaraq, dövlətin bu istiqamətdə icra etdiyi fəaliyyətə öz müsbət töhfəsini vermiş olacaqdır.

2 İyul 2022 16:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə