Ən son xəbərlər
Dünyanın ən çox istifadə olunan mesajlaşma proqramı Votsap yeni funksiyasını sınaqdan keçirir.
"Xalq qəzeti" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb.
Bundan sonra istifadəçilər şəkillərinin müəyyən hissəsini bulanıqlaşdırıb göndərə biləcək. Bəzən şəkillərin müəyyən hissəsini və ya kollektiv fotolarda özümüzü bəyənmirik. Bu zaman yeni funksiyadan istifadə edərək şəkilləri istənilən formada göndərmək mümkün olacaq.
Məlumata görə, yeni xüsusiyyət təhlükəsizliyin təmin olunması üçün tətbiq edilir.
Köhnə versiyamızdan xəbərləri izlə