Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Smartfonlar üçün dünyada ən sürətli şarj sistemi təqdim olunub

Nisbətən yeni olan Çin markası “Infinix” “180W Thunder Charge” adlı ultra sürətli şarj texnologiyasını təqdim edib.

"Xalq qəzeti" xarici mətbuata istinadən xəbər verir ki, yenilik bu ilin sonuna qədər brendin bir sıra flaqman smartfonlarında tətbiq olunacaq.

İstehsalçının sözlərinə görə, sözügedən texnologiya 4500 mAh həcmindəki batareyanı cəmi dörd dəqiqəyə yarıyadək doldurmağa qadirdir.

Bildirilir ki, belə yüksək sürətli doldurma batareyanın vəziyyətinə təsir etməyəcək.

2 İyul 2022 15:06 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə