Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinalında

Kiçik ölkələr arasında keçirilən basketbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası dörddəbir final mərhələsi çərçivəsində San-Marino seçməsi ilə qarşılaşıb.

  Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, yığmamız yarımfinalda Malta komandası ilə qarşılaşacaq. Oyun iyulun 2-də Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Tərlan SÜLEYMANOV,

"Xalq qəzeti"

2 İyul 2022 09:38 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə