Ən son xəbərlər
Hindistanın şimal-qərbinə yağan aramsız yağışlar nəticəsində güclü torpaq sürüşməsi baş verib. “Telegram”ın məlumatına görə, təbii fəlakət nəticəsində 14 nəfər həlak olub, 50 nəfər itkin düşüb.
Əsas zərbə təbii fəlakət zonasında yerləşən hərbi bazaya və dəmir yolu çəkən fəhlələrin yaşadıqları düşərgəyə dəyib.
Hazırda təbii fəlakət zonasında hərbçilər, polislər və xilasedicilər çalışırlar. Onlarla insan dağıntılar altından çıxarılıb. Hindistanın Baş naziri regionun rəhbərliyinə bildirib ki, hökumət əlindən gələn köməyi əsirgəməyəcək.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə