Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AzerGold” QSC-nin istehsal və ixrac imkanları artır

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2022-ci ilin may ayında 5,1 min unsiya qızıl, 13,9 min unsiya gümüş, cari ilin ilk 5 ayında isə 20,3 min unsiya qızıl, 67,8 min unsiya gümüş hasilatı həyata keçirilib.

QSC-dən bildiriblər ki, ötən ay ərzində 4,8 min unsiya qızıl, 11,4 min unsiya gümüş ixrac edilib. Yanvar-may aylarında isə ümumilikdə 17,3 min unsiya qızıl, 52,3 min unsiya gümüşün beynəlxalq birjalarda satışı nəticəsində ölkə iqtisa­diyyatına 58,4 milyon manat dəyərində vəsait cəlb edilib. Bununla QSC-nin 2022-ci il üzrə hasilat və ixrac planları­na uyğun olaraq ilk 5 ay üzrə fəaliyyəti tam təmin edilib.

Cari ilin yanvar-may ayları ərzində əldə edilən hasilat və ixrac rəqəmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən qədər planlı azal­ması Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır. Belə ki, mineral-xammal resursların­dan istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43% artırı­laraq saatda 300 tona çatdırıl­masına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaqdır.

Qeyd edək ki, hazırda mövcud topa aşındırma üsulu ilə işləyən emal zavoduna əlavə olaraq, tranzit və sulfid filizlərinin emalı üçün çən aşın­dırma üsulu (Carbon in Leach – CIL) ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikinti­si də sürətlə davam etdirilir. 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş-2”, “Tülallar” və onun cinah sahələrindən çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.

Samirə ƏLIYEVA,“Xalq qəzeti”

2 İyul 2022 01:18 - İQTİSADİYYAT
İQTİSADİYYAT
10 Avqust 2022 | 09:10
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə