Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 246 Bakı şəhəri, 24 iyun 2022-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli və “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haq­qında” 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486, № 11, maddə 2176; 2018, № 2, maddə 366; 2022, № 3, maddə 274) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na 1 nömrəli əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlinin “AB1” və “AB2” sətrlərinə “Komissiyası” sözündən sonra “və Azərbaycan Respublikasının Prezi­denti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibli­yi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2493; 2018, № 7 (II kitab), maddə 1661, № 9, maddə 1938; 2022, № 3, maddə 274) ilə təsdiq edilmiş “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin 5-ci hissəsinin ikinci abza­sına “Komissiyası” sözündən sonra “və Azərbaycan Respub-likasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə