Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla İordaniya arasında qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal Al-Fayez ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qoşulmama Hərəkatı Par­lament Şəbəkəsinin Bakıda keçirilən konfransının əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edi­lib. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

2 İyul 2022 00:04 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə