Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropaya enerji ehtiyatları tədarükünün artırılması üçün böyük imkanlara malikdir

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili bildirib ki, Azərbaycan Avropaya enerji ehtiyatları tədarükünün artırılması üçün çox böyük imkanlara malikdir.

Sabiq prezident deyib: “Gürcüstanın başlıca enerji tərəfdaşı məhz Azərbaycandır. Avropa bazarına enerji ehti­yatları tədarükünün artırılması üçün böyük potensial var. Amma bunun reallaşdırılma­sı üçün Xəzər, Qara dəniz, Şimali Aralıq dənizi regionu ölkələrinin əməkdaşlığı lazımdır”.

G.Marqvelaşvili qeyd edib ki, Azərbaycanla Gürcüstanın əməkdaşlığında müstəsna rolu həm də Böyük İpək yolu­nun bərpası layihəsi oynayır. Bu layihənin təşəbbüskarları liderlər Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl olub: “Bu layihə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir. Bu, regiona təkcə sabitlik gətirən deyil, həm də ölkələrimiz üçün yeni imkanlar açan bir layihədir”.

“Xalq qəzeti”

2 İyul 2022 00:47 - İQTİSADİYYAT
İQTİSADİYYAT
10 Avqust 2022 | 09:10
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə