Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azexport”a daxil olmuş ixrac sifarişlərinin dəyəri açıqlanıb

“Azexport” portalı fəaliyyətə başladığı 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayının sonuna qədər (65 ay ərzində) 145 ölkədən 3 mil­yard 40 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin “İxrac icmalı”nın məlumatına görə, bunun 215 milyon ABŞ dolları 2022-ci ilin yanvar-may aylarının, 52,3 milyon ABŞ dolları isə may ayının pa­yına düşüb. Bu da müvafiq olaraq illik 20,7 mln dollar və ya 10,65%, aylıq müqayisədə isə 22,2 mln dollar yaxud 73,75% çoxdur.

Mayda ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.

“Xalq qəzeti”

2 İyul 2022 00:46 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə