Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik, əməkdaşlıq və ümumi rifah məkanı olmalıdır

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını əhatə edir.

O dövrün mühüm hadisələrindən biri ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi olub. Həmin konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandı­ran Prezident İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və Cənubi Qaf­qaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi”.

Aprelin 28-də Şuşada işinə başla­mış və Bakıda davam etmiş beynəlxalq konfransda dövlətimizin başçısının çıxı­şının mətni, suallara cavabları, həmçinin konfrans barədə materiallar yeni kitaba daxil edilib.

Kitabda Azərbaycan Prezidenti­nin işğaldan azad edilmiş bölgələrə səfərləri də əksini tapıb. Mayın 10-da Prezident İlham Əliyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı, həmin gün Şuşaya da gedib, məşhur tarzən, bəstəkar və sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdə, Meh­mandarovların malikanə kompleksində aparılan bərpa işləri, “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi, Şuşa Real məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində çıxış edib. Bu səfərlərdən, habelə mayın 12-də Prezidentin Şuşada V “Xarıbül­bül” Beynəlxalq Folklor Festivalının açılışında iştirakından bəhs edən materiallar çoxcildliyin 119-cu kitabında toplanıb.

Azərbaycan Prezidentinin Füzu­li, Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu­nun (Zəngəzur dəhlizi) tikintisi ilə tanışlığı, “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirakı, Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı zamanı kənd sakinləri ilə görüşü haqqında informasi­yalarla, həmin görüşdəki çıxışının mətni ilə də yeni kitabda tanış olmaq mümkün­dür.

Nəşrə Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılışın­da iştirakına dair xəbərlər, iki qardaş ölkənin liderlərinin açılış mərasimində çıxışlarının mətni daxil edilib. Kitab­da dövlətimizin başçısının Belçikaya işgüzar səfəri haqqında informasiyalar da verilib.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Litva Respub­likasının Prezidenti Gitanas Nauseda ilə görüşü barədə məlumat, liderlərin mətbuata bəyanatlarının, Azərbaycan-Litva biznes-forumunda çıxışlarının mətnləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 119-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

2 İyul 2022 00:00 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə