Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunanıstan rəsmi olaraq F-35 qırıcıları almaq üçün ABŞ-a müraciət edib

Yunanıstan bir eskadrilya F-35 qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı ABŞ-a rəsmi məktub göndərib.

"Associated Press" agentliyinin məlumatına əsasən, bu qərarı NATO-nun Madriddə keçirilən sammiti zamanı Yu­nanıstanın baş naziri Kiriakos Mitsotakis jurnalistlərə bildirib. O, Yunanıstanın daha sonra belə təyyarələrin əlavə partiya­sını sifariş edəcəyini istisna etməyib: "Bu prosesin bir hissəsi sorğu məktubu göndərməkdir. Və bu yaxınlarda göndərdik".

Baş nazir qeyd edib ki, müraciətə baxılması uzun prosesdir və Afina hesab edir ki, alqı-satqı həyata keçirildikdən sonra qırıcı təyyarələr 2027-2028-ci illərdə Yunanıstana gətiriləcək.

Xatırladaq ki, Yunanıstan bundan əvvəl Fransa istehsalı olan 24 Rafale qırı­cı təyyarəsi və üç freqat sifariş etmişdir.

“Xalq qəzeti”

2 İyul 2022 00:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Avqust 2022 | 03:43
Rusiyada yoluxma yenidən artdı
18 Avqust 2022 | 03:04
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə