Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirməyə qadir dövlətlərdəndir

Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsindən sonra ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənib. Bu, ilk növbədə, Azərbaycana dünya miqyasında olan inam və etimaddan irəli gəlir. Bunu son vaxtlar Bakıda və işğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də təsdiqləyir. Dünyanı hələ də ciddi narahat edən koronavirus pandemiyası səngiməsə də, ölkəmizdə qarşıya qoyulan layihələr uğurla icra olunur. Bu da ölkəmizin iqtisa­di qüdrətindən irəli gəlir. Son vaxtlar Bakıda və işğaldan azad edilmiş ərazilərimizdə ardı-arası kəsilməyən beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada sabitlik məkanı kimi tanınmasının göstəricisidir.

 

Ölkəmiz hazırda daha bir nüfuzlu beynəlxalq təşkiatın tədbirinə evsahibliyi edir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıq­lı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransın Bakıda keçirilməsi ölkəmizin dünyada sülh və tərəqqi işinə böyük töhfələr verməsinin göstəricisidir. Prezident İlham Əliyev konfransdakı çıxı­şında da bu faktı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirir.

Azəbaycan Qoşulmama Hərəkatının sədri kimi, ədalətsizliyə qarşı beynəlxalq hüququn qorunması uğrunda mübarizəni bundan sonra da davam etdirəcək. Dövlət başçımız da qeyd etdi ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Ölkəmizin hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğula­yan dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyinin şahidi olduğunu bildirdi. Respublikamızın təşkilata sədrlik müddətinin uzadılması da hərəkata üzv dövlətlərin Azərbaycana dəstəyinin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz respublikamızın tarixi və mədəni irsinin işğal dövründə ermənilər tərəfindən məhv edildiyini diqqətə çatdırdı.

Dövlət başçımızın konfransdakı çıxışı Qoşulmama Hərəkatının sədri qismində üzvlər arasında çoxşaxəli əməkdaşlıq vasitəsilə hərəkat daxilində birliyin daha da gücləndirilməsinə sadiqliyin nümunəsidir. Xatırladaq ki, Qoşulma­ma Hərəkatının Bakıda keçirilən XVIII sammitində dövlət və hökumət başçıları təşkilatın parlamentlərarası qarşılıqlı fəaliyyəti, əməkdaşlığı gücləndirməyi və dərinləşdirməyi qərara almışdılar. Qoşul­mama Hərəkatı Parlament Şəbəkəsinin konfransı öz fəaliyyəti vasitəsilə qlobal miqyasda parlamentlərarası əməkdaşlığa öz töhfəsini verəcək. Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdi­yi töhfənin şahidi olublar. Buna görə təşkilatın sədri Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Məlahət İBRAHİMQIZI,

Milli Məclisin deputatı

2 İyul 2022 00:39 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə