Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergi orqanlarında daxili müsabiqə keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə müsabiqə keçirilib. İki mərhələdən ibarət olan müsabiqədə iştirak etmək üçün Dövlət Vergi Xidmətində çalışan 94 nəfər müraciət edib, onlardan 85-i müsabiqəyə qatılıb.

  Dövlət Vergi Xidmətindən verilən məlumata görə, müsabiqədə iştirakçılara idarəetmə bacarıqlarının, eləcə də vergilər və vergitutmaya dair biliklərin qiymətləndirilməsi üzrə suallar təqdim olunub.

Birinci mərhələnin yekunu olaraq, müsabiqədə iştirak hüququ qazanmış 85 namizəddən 9-u növbəti mərhələyə buraxılıb. İkinci mərhələdə Dövlət Vergi Xidmətinin rəhbər şəxslərindən ibarət komissiya tərəfindən 9 namizədlə fərdi qaydada müsahibə aparılıb. Namizədlər “Dövlət vergi orqanlarının əsas fəaliyyət istiqamətləri: problemlər, onları doğuran səbəblər və həlli yolları” mövzusunda təqdimatla çıxış ediblər.

Müsabiqədə uğur qazanan əməkdaşların dövlət vergi orqanlarında yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasına daxil edilməsi, müsabiqənin yekun mərhələsində iştirak etsə də, adları ehtiyat kadrlar bazasına düşməyən şəxslərin isə müvafiq idarəetmə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi planlaşdırılır.

1 İyul 2022 21:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT
17 Avqust 2022 | 15:46
Neft qiymətləri bahalaşıb
16 Avqust 2022 | 10:18
ARDNF xəbərdarlıq yayıb

Köhnə versiyamızdan xəbərləri izlə