Ən son xəbərlər
Toğanalı-Kəlbəcər avtomobil yolunun 13,5-ci kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.
Bu barədə "Xalq qəzeti"nə Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, tunelin uzunluğu 11 min 658 metr, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edəcək.
Köhnə versiyamızdan xəbərləri izlə