Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 725 nömrəli, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.3. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur;

1.4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 22.5-ci maddəsində, 40.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 22.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədilə istifadə etdikdə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.7. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.

2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463; 2018, № 11, maddə 2245; 2019, № 10, maddə 1589; 2020, № 6, maddə 696) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “və ikinci cümləsində” sözləri “, ikinci cümləsində hər iki halda və üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;

2.2. 2.3-cü, 2.8 – 2.10-cu və 2.12-ci bəndlərə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.3. 2.4-cü bənddən “12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində,” və “19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində,” sözləri çıxarılsın, həmin bənddə “20-ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində” sözləri “20-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda 2.4-1-ci və 2.4-2-ci bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, ikinci halda “orqan (qurum)” dedikdə isə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur;”;

2.5. 2.5-ci bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.6. 2.6-cı bənddən “, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində” sözləri çıxarılsın və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.7. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;”;

2.8. 2.13-cü bəndə “cümlələrində” və “birinci cümləsində” sözlərindən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin.

3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 122; 2016, № 5, maddə 865, № 11, maddə 1811; 2017, № 6, maddə 1085, № 11, maddə 2005; 2018, № 11, maddə 2246; 2019, № 5, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “və ikinci cümləsində” sözləri “, ikinci cümləsində hər iki halda, üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə “ikinci” sözü “üçüncü” sözü ilə əvəz edilsin;

3.3. 2.3-1-ci bənddə “40.4-cü maddəsinin birinci və ikinci cümlələrində” sözləri “40.4-cü maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

3.4. 2.3-2-ci bəndə “sərhədlərinin” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri, “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

3.5. aşağıdakı məzmunda 2.3-3-cü bənd əlavə edilsin:

“2.3-3. həmin Qanunun 40.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;”;

3.6. 2.4-cü bənddə “birinci və ikinci” sözləri “birinci (Şuşa şəhərinin ərazisi istisna olmaqla) və üçüncü” sözləri ilə əvəz edilsin;

3.7. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun:

“2.5. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, ikinci halda “orqan (qurum)” dedikdə isə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2022-ci il

1 İyul 2022 20:20 -

Köhnə versiyamızdan xəbərləri izlə