Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlik: Bugünədək artıq 9491 şagird təhsil almaq istədikləri lisey və ya gimnaziya üçün seçim edib

İyulun 4-dək mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarda uğur qazanan şagirdlər əldə etdikləri nəticələrə əsasən, 3 fərqli lisey və ya gimnaziya seçimi edə bilərlər. Eyni zamanda, qeyd edilən tarixədək valideynlər tərəfindən seçilən lisey və gimnaziyalar yenilənə və ya ardıcıllığı dəyişdirilə bilər.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bugünədək artıq 9491 şagird təhsil almaq istədikləri lisey və ya gimnaziya üçün seçim edib.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçirilən lisey və gimnaziyaların siyahısı ilə tanış ola bilərsiniz.

Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:

Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;

Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;

Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;

Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;

Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;

Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;

Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;

Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;

Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.

Digərləri:

Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey;

Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;

Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;

Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.

1 İyul 2022 16:22 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə