Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Lənkəranda vətəndaşlarla görüşəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyul ayının 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitədən "Xalq qəzeti"nə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493-34-67, (+994 12) 595-13-50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, komitənin “www.arxkom.gov.az” internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.

1 İyul 2022 15:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə