Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya bu il keçirilən imtahanlarla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən ildə keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edib.

DİM-dən verilən məlumata görə, 2022-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 20822 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 22007 nəfər idi. Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 50-dən yüksək (median 50.84) olub. Ötən il bu göstərici 50 baldan aşağı (median 49.61) idi. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2245 nəfər olub. Ötən il analoji göstəricilər 35, 392 və 1938 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha çoxdur.

Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib.

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

1 İyul 2022 12:08 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə