Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-may aylarında icbari tibbi sığorta çərçivəsində 15 milyondan çox tibbi xidmət göstərilib

Son 10 ildə ölkədə kifayət qədər böyük islahatlar aparılıb. Ən mühüm islahatlardan biri də icbari tibbi sığortanın ölkə üzrə tətbiqidir. Bir ildən çoxdur ki, icbari tibbi sığorta ölkə ərazisində tətbiq olunur. İcbari tibbi sığortanın tətbiqində özəl sektora da böyük imkanlar yaradılıb. 2022-ci ilin yanvar-may aylarında icbari tibbi sığorta çərçivəsində 15 milyondan çox tibbi xidmət göstərilib. Burda təkcə dövlət yox, özəl tibb müəssisələri də iştirak edirlər.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Tibb biznesində perspektiv imkanlar" mövzusunda ictimai müzakirədə deyib.

Z.Əliyev bildirib ki, hazırda agentliyin 57 özəl tibb müəssisəsi ilə müqaviləsi var və onlarla sıx əməkdaşlıq edilir: "İnanırıq ki, həmin say daha da çox olacaq. Özəl sektorun bu sahədə böyük rolu var. İstəyirik ki, gələcəkdə hər kəsə istər özəl, istərsə də dövlət tibb müəssisələrində eyni qaydada icbari tibbi sığorta tətbiq olunsun".

1 İyul 2022 11:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə