Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çimərlik güləşçilərimiz Fransada yarışacaq

Sabah Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsinə start veriləcək.

Azərbaycan Güləş Federasiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, yarış iki gün davam edəcək. Bu mərhələdə də ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcək. 

Qeyd edək ki, sabah qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. İyulun 2-də isə qrupun son turuyla yanaşı, yarımfinal və final qarşılaşmaları baş tutacaq.

 

1 İyul 2022 14:03 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə