Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzəryanı dövlətlərin əməkdaşlığı regionda təhlükəsizliyi gücləndirəcək

Məlum olduğu kimi, bu il iyunun 29-da Aşqa­badda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə parlaq, dərin məzmunlu çıxış edibdir. Cənab İlham Əliyevin çıxışında səslənən olduqca dəyərli fikir və mülahizələr ölkə və beyəlxalq ictimayyət tərəfindən böyük maraqla qarşılanıbdır.

Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan ölkələrimizin Xəzərdə qar­şılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konven­siya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Azərbaycan Prezidenti əmindir ki, Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yara­dacaq.

Prezident İlham Əliyev çıxışında Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmləndirəcəyini vurğulayaraq demişdir: “Təhlükəsizlik, hidro­meteorologiya, nəqliyyat, suyun bioloji ehti­yatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğu­ran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək”.

Fəxrlə qeyd etmək lazım­dır ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inki­şafında mühüm rol oyna­yır. Azərbaycan hökuməti Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə çalışır.

Ekspertlər hesab edirlər ki, həmin marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialın­dan maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturu­nun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Faktiki olaraq, bütün Xəzəryanı dövlətlər bundan faydalanacaqlar.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır. Belə ki, Azərbaycan 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Regiona sülh, sabitlik və tərəqqi gətirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Dövlətimizin başçısı çıxışında Xəzərin ekoloji problemlərinin həllinə diqqət və qayğı­nın əhəmiyyətini vurğulayıb. Bu problemlərin həllinə hər bir ölkə öz töhfəsini verməlidir.

Habil NİFTALI,

“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri

1 İyul 2022 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə