Ən son xəbərlər
ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü ildə keçiriləcək seçkilərdə Prezident Co Baydenlə birgə ikinci müddətə seçilmək niyyətindədir.
Kamala Harris jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Prezident Co Bayden namizədliyini irəli sürmək niyyətindədir.
“Bayden namizədliyini irəli sürərsə, mən də namizədliyimi irəli sürəcəm. Biz birlikdə namizədliyimizi irəli sürəcəyik”, -deyə Kamala Harris Ağ Evin mətbuat xidmətinə açıqlamasında bildirib.
Xatırladaq ki, The Washington Post müəyyən mənbələrə istinadən bir müddət əvvəl qeyd etmişdi ki, Cozef Baydenin məsləhətçiləri 2024-cü ildə baş tutacaq sayca 60-cı prezident seçkilərində onun yenidən seçilməsi ilə bağlı kampaniyaya start verilməsi imkanlarını öyrənirlən.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə