Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avtomobil qəzası nəticəsində ağır yaralanan məktəbli sağlamlığına qovuşub

İyunun 12-də Bakı-Şamaxı yolunda avtomobil qəzası nəticəsində ağır yaralanan VI sinif şagirdi Elnur Qasımov sağlamlığına qovuşub.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, E.Qasımov bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı və kəllə-beyin travması diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicəyə cəlb edilmişdir. Aldığı travma səbəbindən onun müalicəsi üçün TƏBİB-in digər tabeli müəssisəsi olan Uşaq Nevroloji Xəstəxanasından həkim-mütəxəssislə konsilium aparılaraq əməliyyatına qərar verilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımovun nəzarəti altında həkim-travmatoloq Elşən Məhərrəmov tərəfindən icra edilən əməliyyat uğurla nəticələnib.

16 gündür müalicə alan E.Qasımov bu gün xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb.

30 İyun 2022 15:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə