Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən Gəncə Dövlət Universitetində təlimlərə başlanılıb

Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında agentliyin peşəkar heyəti tərəfindən bu ali məktəbdə təlimlərə başlanılıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminat Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlimlərin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik heyətinə sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.

Sözügedən təlimlərdə Gəncə Dövlət Universitetinin bir sıra inzibati və akademik heyəti iştirak edir. Təlimlərin iyulun 4-dək davam edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək agentliyin fəaliyyət istiqamətlərindən biridir.

30 İyun 2022 12:35 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə