Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 247 Bakı şəhəri, 24 iyun 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülü­yünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haq­qında” 2019-cu il 6 fevral tarixli 38 nömrəli və “Dövlət informasiya sistemlərinin və ehtiyatları­nın “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli .428 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; 2019, № 1, maddə 163, № 3, maddə 565; 2020, № 10, maddə 1304; 2021, № 2, maddə 194, № 9, maddə 1065; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 136 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Siste­mi ilə inteqrasiya olunacaq digər dövlət orqanları­nın informasiya sistemlərinin dairəsi”nə aşağıdakı məzmunda 38-ci hissə əlavə edilsin:

38.

“Elektron prokurorluq” informasiya sistemi

Azərbaycan Respublikasının Baş Prokurorluğu

 

2. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2019-cu il 6 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2019, № 2, maddə 336, № 3, maddə 560) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

5.

Azərbaycan Respublikasının Baş Prokurorluğu

5.1.

“Elektron prokurorluq” informasiya sistemi

 

3. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418, № 9, maddə 1064, № 12, maddə 1510; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 131 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət infor­masiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na aşağıdakı məzmunda 91-ci sətir əlavə edilsin:

91.

Azərbaycan Respublikasının Baş Prokurorluğu

 

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə