Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsini rəhbər tutaraq və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli 127-VIQR nömrəli Qərarında aşağıdakı dəyişiklik edilsin:

Mirzəyev Səfa Abbas oğlu 

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.”

 sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

Hacıyev Fərid Famil oğlu 

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.”

 
Azərbaycan Respublikası
Milli Məclisinin sədri                    Sahibə Qafarova
 
Bakı şəhəri, 29 iyun 2022-ci il
29 İyun 2022 16:07 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə