Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maqdalena Andersson: İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq

Brüsseldə Türkiyə, Finlandiya və İsveç rəsmiləri arasında müzakirələrin növbəti raundu keçirilib. Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. Xəbəri “Anadolu” agentliyi yayıb.

Baş naziri bildirib ki, ötən şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı yaxşı və konstruk­tiv olub. “Bu gün (dünən-M.Q) səhər Brüsseldə Türkiyə, İsveç və Finlandiya rəsmiləri arasında müzakirələrin növbəti raundu baş tutdu. Mən ümid edirəm ki, müzakirələr yaxın gələcəkdə uğurla nəticələnəcək. Bu bizim üzvlük prosesinin tez zamanda başlamasına yol açacaq. İsveç və Finlandiya Türkiyə də daxil olmaqla, bütövlükdə NATO-nun təhlükəsizliyinə töhfə verəcək”, – deyə o vurğulayıb.

İsveçin Baş naziri həmçinin bildirib ki, onun ölkəsinin təhlükəsizlik orqanları Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı müraciətini diqqətlə nəzərdən keçirir və ekstradisiyalarla bağlı Avropa Konven­siyasına uyğun olaraq qərar veriləcək. “İsveç NATO-nun terrorla mübarizə səylərinə dəstək verməyə sadiqdir. Bizim PKK ilə bağlı mövqeyimiz aydındır, bu təşkilat İsveçdə və Aİ-də terrorçu kimi tanınıb.

İsveç terrorçular üçün təhlükəsiz sığınacaq deyil və olmayacaq”, – deyə Baş nazir sonda vurğulayıb.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

29 İyun 2022 00:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
11 Avqust 2022 | 23:34
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə