Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Vyanada görüşəcəklər

Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələri arasında dördüncü görüş iyulun 1-də Avstriyada keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin dünən yaydığı məlumatda qeyd edilir. Xəbəri “Anadolu” verib.

 

Məlumatda bildirilir: “Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıc və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan normal­laşma prosesi çərçivəsində növbəti dəfə Vyanada görüşəcəklər”.

Xatırladaq ki, Sərdar Kılıc və Rubinyan arasında birinci görüş bu il yanvarın 14-də Moskvada keçirilmişdi. Bundan sonra Türkiyə və Ermənistan arasında 2020-ci ildə bağlanmış aviasiya əlaqəqələrinin bərpa olun­duğu haqda məlumatlar yayılmışdı. İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk uçuş fevral ayında baş tutmuşdu.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasın­da danışıqların sonrakı ikinci və üçüncü raundu fevralın 24-də və mayın 3-də Vya­nada keçirilib. Ermənistanın xarici işlər naziri Ararat Mir­zoyan bu il martın 11-13-də Antalyada baş tutmuş diplo­matik forumda iştirak edib.

Türkiyənin Xarici İşlər na­ziri Mövlud Çavuşoğlu 2021-ci il dekabrın 13-də Türkiyə parlamentində çıxışı zamanı Ermənistanla münasibətlərdə yeni mərhələnin başlandığını bəyan etmişdi.

Türkiyənin Vaşinqtondakı sabiq səfiri Sərdar Kılıc isə Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə vəzifəsinə keçən il dekabrın 25-də təyin olun­muşdu. Ermənistanı normal­laşma prosesində parlament sədrinin müavini Ruben Rubinyan təmsil edir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 İyun 2022 00:06 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Avqust 2022 | 00:59
Rusiyada rekord yoluxma
13 Avqust 2022 | 00:42
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə