Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər və idman naziri milli yaylaq festivalına hazırlıq işləri ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan nazir mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

F.Qayıbov Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb. Həmçinin Gəncə şəhərində İdman Sarayının tikintisi ilə tanış olub.

Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

Gənclər və idman naziri Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksin müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

28 İyun 2022 16:32 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə