Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə ilk dəfə Milli Qurama Festivalı keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Milli Qurama Festivalı keçiriləcək.

Qoruq idarəsindən verilən məlumata görə, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Tədbirdə, həmçinin qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.

Festival iyulun 7-dən avqustun 7-dək Bakının bir neçə məkanında gerçəkləşəcək.

28 İyun 2022 16:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Avqust 2022 | 00:05
Şuşanın bazarları
13 Avqust 2022 | 09:00
Səsin sehri

Köhnə versiyamızdan xəbərləri izlə